ABŞ-də ipoteka faizləri son 15 ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ-də ipoteka faizləri son 15 ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-də ipoteka faizləri son 15 ayın ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, İpoteka Bankirlər Assosiasiyası (MBA) sentyabrın 11-də başa çatan həftə üzrə ipoteka müraciətlərinə dair məlumatları açıqlayıb. Məlumata görə, ipoteka müraciətləri ötən həftə əvvəlki həftə ilə müqayisədə 4,1 faiz azalıb.

Bu dövrdə mənzil almaq üçün ipoteka müraciətləri 1 faiz, yenidən maliyyələşdirmə müraciətləri isə 9 faiz azalıb. Ölkədə 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi ötən həftə 6,85 faizdən 6,97 faizə yüksəlib.

Eyni dövrdə 15 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi də 6,17 faizdən 6,30 faizə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram