Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, qlobal ərzaq qiymətlərində artım tempi avqust ayında da davam edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi avqust ayında 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə yüksəlib.

Avqust ayında iyul ayı ilə müqayisədə 1,9 faiz artan FAO Ərzaq Qiymətləri İndeksindəki yüksəlişə taxıl, şəkər və süd məhsullarının qiymətlərindəki artım öncüllük edib.

İndeks üzrə illik artım 2,5 faiz təşkil edib. Eyni dövrdə Türkiyədə ərzaq inflyasiyası 33,4 faiz səviyyəsində qeydə alınıb.

Qlobal ərzaq bazarları artan istehsal xərcləri ilə mübarizə aparan istehsalçıların, eləcə də təchizat, ticarət və iqlimlə bağlı böhranların təzyiqi altında qalmaqda davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram