Mərkəzi Bank: Azərbaycanda POS-terminallardan istifadə daha kütləvi xarakter daşımalıdır | Banco.az

Mərkəzi Bank: Azərbaycanda POS-terminallardan istifadə daha kütləvi xarakter daşımalıdır

Azərbaycanda POS-terminallardan istifadə daha kütləvi xarakter daşımalıdır. Bunu cümə günü Trend-ə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 33 mindən çox POS-terminal quraşdırılıb. Bu istiqamərdə addımların səmərəliliyinin göstəricisi təkcə qurğuların sayı deyil, həm də onların vasitəsilə aparılan əməliyyatların həcmidir: "Buna görə də Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə işlər də bu terminallardan kütləvi istifadənin artırılmasına yönəldilməlidir".

Ən sərfəli kredit üçün müraciət et

A.Quliyev qeyd edib ki, POS-terminalların quraşdırılması üzrə işləri şaxələndirmək lazımdır: "Terminalların yayılmasını ləngidən faktorlardan biri qurğuların qiymətidir. Bazara mobil POS-terminallar kimi daha müasir və innovativ qurğular çıxarılır. Belə terminalların tətbiqi gələcəkdə aktual məsələ olacaq. Hesab edirəm ki, kommersiya bankları bunun üzərində iş aparmalıdır, çünki belə qurğular daha sərfəli olacaq".

O vurğulayıb ki, 2015-ci ilin əvvəlinədək ölkənin bütün ərazisi POS-terminallarla əhatə olunmalıdır.

apa.az