Rusiyada yanacaq növbələri uzanır, qiymətlər qalxır | Banco.az

Rusiyada yanacaq növbələri uzanır, qiymətlər qalxır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyada yanacaq növbələri uzanır, qiymətlər qalxır.

Banco.az xəbər verir ki, Ukraynanın son dövrlərdə Rusiyadakı neft emalı zavodlarına qarşı intensivləşdirdiyi pilotsuz uçuş aparatları ilə hücumlar ölkədə benzin təchizatına mənfi təsir göstərərək yanacaq qiymətlərində kəskin artıma səbəb olub. Baş verən hadisələr yanacaqdoldurma məntəqələrində uzun növbələrin yaranmasına gətirib çıxararkən, inflyasiya ilə bağlı narahatlıqları da yenidən gündəmə gətirib.

Rusiya Federal Statistika Xidmətinin çərşənbə günü açıqladığı məlumata görə, 23-29 iyun həftəsində ölkə üzrə benzinin orta qiyməti həftəlik müqayisədə təxminən 1,7 faiz artaraq litr üçün 72,38 rubla (0,93 dollar) yüksəlib. Bu artım əvvəlki həftədə qeydə alınan və son 20 ilin ən yüksək həftəlik qiymət artımından sonra baş verib.

“Bloomberg”in hər iki ölkənin rəsmi açıqlamalarına əsasən hazırladığı məlumatlara görə, Ukrayna ilin əvvəlindən etibarən Rusiyanın neft emalı zavodlarına 50-dən çox hücum həyata keçirib. Bu göstərici 2025-ci il ərzində qeydə alınan 82 hücumun böyük hissəsinə bərabərdir.

Son həftələrdə hücumların intensivləşməsi nəticəsində Rusiyanın aparıcı neft emalı zavodlarının bir hissəsi fəaliyyətini dayandırıb. Bunun fonunda xam neft emalı gücündə və daxili yanacaq təchizatında nəzərəçarpacaq azalma müşahidə olunub.

Məlumatlara əsasən, dizel yanacağının qiyməti də həftəlik müqayisədə 2,3 faiz artaraq litr üçün 84,84 rubla yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram