Azərbaycan və Qazaxıstan sosial sığorta sahəsində əməkdaşlığı gücləndirir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan və Qazaxıstan sosial sığorta sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Qazaxıstanın Dövlət Sosial Sığorta Fondu Əməkdaşlıq memorandumu imzalayıb.

 Qazaxıstan bürosunun məlumatına görə, sənədə Astanada keçirilmiş əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə 14-cü Qazaxıstan Beynəlxalq Konfransı çərçivəsində imza atılıb.

Memorandum iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın inkişafına və sosial təminat sahəsində təcrübə mübadiləsinə yönəlib.

Qazaxıstan fondunun İdarə Heyəti sədrinin müavini Marat Janibekovun sözlərinə görə, memorandum ikitərəfli əməkdaşlığı, o cümlədən dövlət orqanları arasında mütəmadi qaydada təcrübə mübadiləsinin aparılmasını və beynəlxalq platformalarda fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur.

report