Fins.az ölkənin sığorta şirkətlərinin müxtəlif sığorta növləri üzrə 2013-cü il ərzində həyata keçirdiyi ən böyük sığorta ödənişlərini təqdim edir.
Başa çatmaqda olan il ərzində "Azsığorta" Sığorta şirkətinin həyata keçirdiyi ən böyük sığorta ödənişi - 112 135 AZN təşkil edib. Şirkətdən fins.az-a verilən məlumata görə, bu məbləğ yanğından icbari sığorta növü üzrə - fiziki şəxsə məxsus olan yanacaqdoldurma məntəqəsinin partlayışı ilə bağlı olaraq ödənilib. Hadisə mayın 30-da Lənkəran şəhərində baş verib.