Sabah “Dostlar Klubu” lotereyasının ikinci tirajı keçiriləcək! | Banco.az

Sabah “Dostlar Klubu” lotereyasının ikinci tirajı keçiriləcək!

14 dekabr  2013-cü il tarixində “Bank of Baku”-nun daimi kredit müştəriləri olan “Dostlar klubu” üzvləri üçün stimullaşdırıcı lotereyanın  ikinci tirajı keçiriləcək. Lotereyanın oynanılması saat 20:00-da başlayacaq və ATV telekanalının canlı efirində nümayiş etdiriləcək. Lotereyanın siması və aparıcılarından biri Azərbaycanın xalq artisti Brilliant Dadaşova olacaq. Tiraj zamanı “Dostlar klubu”-nun yüzlərlə üzvü toplam 6,7 karat brilliant, 440 qram qızıl, 121 ədəd suvenir-gümüş sikkə, 12500 manatlıq kupon, həmçinin bonuslar və endirimli kredit hüququ qazanacaq.

İkinci tirajda müştərilərin eyniləşdirmə kodu elektron bazadan, bank tərəfindən yaradılmış xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında seçiləcəkdir. Lotereyada iştirak hüququ əldə etmiş hər bir müştəriyə 6 rəqəmdən ibarət eyniləşdirmə kodu müəyyən edilib və bu kod müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsi ilə göndərilib.

Xatırladaq ki, “Dəyərli dostlara – dəyərli hədiyyə” adlı lotereyanın ilk tirajı noyabrın 27-i keçirilmişdir. Birinci tirajda qalib gəlmiş 555 nəfər iştirakçı artıq öz bonus mükafatlarını alıblar. İlk tirajda qalib gəlmiş iştirakçılar ikinci tirajda da iştirak hüququ əldə edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda “Bank of Baku”-nun 126.000-dən çox müştərisi “Dostlar Klubu”-nun üzvüdür. “Dostlar Klubu” – “Bank of Baku” ilə 12 ay və daha artıq müddətdə əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik olan müştərilər üçün imtiyazlar təqdim edən bank təsisatıdır. “Dostlar Klubu”-na üzv olan müştərilərə xüsusi bonuslar və təcili hallar üçün xüsusi ekspress kredit xətti kimi imtiyazlar təqdim edir. Xüsusi bonuslar mobil danışıq dəqiqələri ilə əvəzlənə bilir, həmçinin kredit üzrə ödəniş komissiyasının ödənilməsinə yönləndirilə bilir.

Daha ətraflı: http://www.bankofbaku.com/az/dostlar-klubu/dostlar-klubu-lottery.html və ya 145 Məlumat Mərkəzi.