“Bank Technique” paytaxt sakinləri və qonaqlarını Yeni il yarmarkasına dəvət edir | Banco.az

“Bank Technique” paytaxt sakinləri və qonaqlarını Yeni il yarmarkasına dəvət edir

Bu gün Bakının Fəvvarələr meydanında Yeni il yarmarkası öz işinə başlayır. “Soyuq əllər, isti ürək” adlı tədbirin təşkilatçısı – “Nargis” jurnalı, baş sponsoru “Bank Technique” hər kəsi yarmarkanı ziyarət etməyə dəvət edirlər.

Fəvvarələr meydanında quraşdırılan balaca taxta evlərdə əhaliyə və şəhərimizin qonaqlarına geniş çeşiddə Yeni İl hədiyyələri, oyuncaqlar, güllər, suvenir və aksessuarlar təklif olunacaq.

Bakıda ilk dəfə təşkil edilən tədbir xeyriyyə məqsədi daşıyır və elə buna görə də, daim korporativ sosial məsuliyyət layihələri həyata keçirən “Bank Technique”in yarmarkaya sponsorluq etməsi təsadüfi deyil. Belə ki, yarmarkadan əldə olunacaq vəsait Yeni İl ərəfəsində kimsəsiz və qayğıya ehtiyacı olan uşaqların arzularını gərçəkləşdirməyə kömək edəcək. Qeyd edək ki, Bank daim sosial yönümlü layihələrin dəstəklənməsi ilə fərqlənib, və təkcə cari il ərzində bu istiqamətdə bir sıra layihələr, o cümlədən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara qanvermə və kimsəsiz əlil və yaşlılara yardım aksiyaları kimi tədbirlər həyata keçirib, Azərbaycan mədəniyyətinə, müasir incəsənətinə dəstək olub.

Ən sərfəli kredit üçün müraciət et

Dekabrın 20-dək davam edəcək yarmarkanın qapıları hər gün saat 12:00-dan axşama qədər qonaqlar üçün açıq olacaq. Burada onları gözəl musiqi sədaları, rəngarəng sürprizlər, müxtəlif əyləncələr, hədiyyələr  və əlbəttə ki, Şaxta Baba və Qar Qız gözləyir. Həmçinin, yarmarkada istedadlı internat uşaqları tərəfindən hazırlanan əl işləri - yumşaq oyuncaqlar, şəkillər, tətbiqi incəsənət növünə aid müxtəlif işlər satışa çıxarılacaq.