Azərbaycanın sığorta bazarı 12%-ə yaxın böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 12%-ə yaxın böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında 1 milyard 365 milyon 354 min manat sığorta haqqı yığılıb.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 143 milyon 188 min manat və ya 11,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844 milyon 833 min manata bərabər olub. Bu da illik müqayisədə 92 milyon 121 min manat və ya 12,2% artım deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram