"Finex Kredit" BOKT nizamnamə kapitalını yenidən artırır | Banco.az

"Finex Kredit" BOKT nizamnamə kapitalını yenidən artırır

Dekabrın 27-də, saat 11:00-da "Finex Kredit" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.

Yığıncağın gündəliyinə BOKT-un nizamnamə kapitalının bir qədər də artırılması və digər məsələlər daxildir.

Xatırladaq ki, "Finex Kredit" 2013-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 2,472 milyon manatdır. BOKT-un səhmlərinin 19,4 %-i Xaqan Mirzəyevə, 16,2 %-i Səadət Mirzəyevaya, 16,1 %-i Azad Cəbraylova, 14,1 %-i Səməd Mirzəyevə, 14 %-i Raminə Allahverdiyevaya, 6,1 %-i Şəlalə Tağıyevaya, 5,6 %-i Leyla Salamovaya, 4,6 %-i Tokay Şıxəlizadəyə, 3,2 %-i Muradxan Mirzəyevə, 0,7 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.