RABİTƏBANKDA “GREEN FRIDAY” 3 GÜNLÜK ENDİRİMLİ KREDİT FÜRSƏTİ! | Banco.az

RABİTƏBANKDA “GREEN FRIDAY” 3 GÜNLÜK ENDİRİMLİ KREDİT FÜRSƏTİ!

Rabitəbank “Rahat bankçılıq” şüarını bu dəfə daha geniş miqyasda nümayiş etdirərək müştərilərə gündəlik maliyyə ehtiyaclarını daha əlçatan, daha sürətli və daha sərfəli şəkildə həll etmə imkanı yaradır.

Belə ki, 26–28 noyabr tarixlərində Rabitəbankın “Green Friday” kampaniyası ilə komissiyasız və endirimli nağd pul krediti əldə etmək mümkündür. Kampaniya yalnız 3 gün davam edəcək və rəsmi gəliri olan bütün fiziki şəxslər üçün əlçatan olacaq.

“Green Friday” çərçivəsində müştərilər 50 000 AZN-dək nağd pul kreditini 0% komissiya və 9.5%-dən başlayan sərfəli faizlə əldə edə biləcəklər. Endirimli şərtlər həm mövcud, həm də yeni müştərilər üçün keçərlidir.

Kampaniyanın ən mühüm üstünlüklərindən biri prosesin tam onlayn şəkildə icra oluna bilməsidir. Müştərilər Rabitəbankın rəsmi saytından və ya “Rabita Mobile” tətbiqindən müraciət edərək filiallara gəlmədən kredit sifarişi verə bilərlər.

Bu kampaniya qısa müddət ərzində ən sərfəli kredit fürsətini dəyərləndirmək istəyən hər kəs üçün real fürsətdir. Komissiyasız və endirimli faizlə nağd pul kreditini ilin yalnız bu 3 günündə Rabitəbankın bütün filiallarından, “Rabita Mobile” tətbiqindən və ya sadəcə sayta keçid edərək dərhal sifariş etmək mümkündür: https://rbt.az/krd

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.