Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ Komissiyası noyabr ayına dair istehlakçı inamı indeksinin göstəricilərini yayımlayıb.
Banco.az xəbər verir ki, buna görə, indeks Avrozonada -14,2 səviyyəsində qeydə alınıb. Beləliklə, göstərici oktyabr ayı ilə eyni səviyyədə qalsa da, -14 səviyyəsində olan proqnozlara uyğun gəlməyib. Bundan əlavə, indeks oktyabr və noyabr aylarında fevral ayından bəri ən yüksək dəyərlərini göstərir.
Aİ Komissiyası istehlakçı inamının hələ də uzunmüddətli orta göstəricinin altında olduğunu diqqətə çatdırıb. Bildirilib ki, inflyasiyanın azalmasına və iqtisadiyyatın Tramp administrasiyasının tariflərinə rəğmən dayanıqlı görünməsinə baxmayaraq, əhalinin ehtiyatlı davranmağa davam etməsi bu vəziyyəti əks etdirir.
Aİ üzrə istehlakçı inamı isə noyabr ayında 0,1 bənd azalaraq -13,6 səviyyəsinə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!
