Azərbaycanın ən çox ticarət apardığı ölkələr - Siyahı | Banco.az

Azərbaycanın ən çox ticarət apardığı ölkələr - Siyahı

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 147 ölkə ilə 28 mlrd. 798 mln. 625 min dollar məbləğində ticarət əməliyyatı aparıb.

Ticarət dövriyyəsinin 22 mlrd. 848 mln. 986 min dolları və ya 79%-i 15 ölkə ilə aparılan dövriyyənin payına düşüb.

 Gömrük Komitəsinə istinadən Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı 15 ölkənin siyahısı təqdim edilir.

Beləliklə, bu ilin 10 ayında da Azərbaycanın ən böyük ticarət tərəfdaşı İtaliya olub. İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi hesabat dövründə 5 mlrd. 066 mln. 500 min dollar təşkil edib ki, bu da ümumi dövriyyənin 17%-ni tutub.

Ticarət dövriyyəsində önə çıxan ikinci ölkə İndoneziyadır. Bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 mlrd. 544 mln. 272 min dollar təşkil edib. İndoneziya ilə ticarət dövriyyəsi hesabat dövründə Azərbaycanın ümumi dövriyyəsinin təxminən 9%-ni tutub.

İlin 10 ayında Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı üçüncü ölkə Rusiya Federasiyası olub ki, bu ölkə ilə də ticarət dövriyyəsinin həcmi 2 mlrd. 176 mln. 376 min dollar təşkil edib. Rusiya ilə ticarət dövriyyəsi ümumi dövriyyənin 7%-i qədər olub.

Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı digər ölkə isə Türkiyə olub. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 1 mlrd. 644 mln. 181 min dollar təşkil edib.

Yanvar-oktyabr aylarında 1 mlrd. 630 mln. 985 min dollar dövriyyə ilə Almaniya Azərbaycanın beşinci ticarət tərəfdaşı olub.

Ticarət dövriyyəsində öndə olan növbəti ölkə 1 mlrd. 568  mln. 412 min dollar dövriyyə ilə Tailand olub.

Hesabat dövründə Böyük Britaniya 1 mlrd. 323 mln.158 min dollar dövriyyə ilə Azərbaycanın yeddinci ən böyük ticarət tərəfdaşı olub.

Azərbaycanın ən çox ticarət apardığı növbəti ölkə Fransa olub. Bu ölkə ilə ilin 10 ayında 1 mlrd. 304 mln. 442 min dollar məbləğində ticarət dövriyyəsi qeydə alınıb.

ABŞ da Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı 10 ölkə arasında yer  alıb. Bu ölkə Azərbaycanla 1 mlrd. 188 mln. 688 min dollar məbləğində ticarət əməliyyatı aparıb.

Hesabat dövründə ticarət dövriyyəsində öndə olan ölkələr arasında 1 mlrd. 019 mln. 433 min dollar dövriyyə ilə İsrail də yer alıb.

Azərbaycanın ticarət əməliyyatı apardığı digər ölkələrə gəlincə isə bu ölkələr Hindistan (910 mln. 762 min dollar), Yunanıstan (749 mln. 475 min dollar), Ukrayna (670 mln. 847 min dollar), Portuqaliya (527 mln. 344 min dollar), Çin (524 mln. 104 min dollar) olub.

Ən sərfəli kredit üçün müraciət et

gun.az

Ən sərfəli krediti almaq üçün müraciət et