Yaponiyanın SoftBankı "Intel" səhmlərinə 2 milyard dollar investisiya yatıracaq | Banco.az

Yaponiyanın SoftBankı "Intel" səhmlərinə 2 milyard dollar investisiya yatıracaq

Müəllif:Mehin Qasımova,Banco.az

Yaponiyanın “SoftBank” korporasiyası Amerikanın “Intel” şirkətinin səhmlərinə 2 milyard dollar sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, bu barədə yapon şirkəti məlumat yayıb.

"İnvestisiya Intel və SoftBank-ın ABŞ-da qabaqcıl texnologiya və yarımkeçiricilərə sərmayə yatırmaq öhdəliyi fonunda həyata keçirilir",- deyə məlumatda deyilir.

Yaponiya korporasiyasının Intel-ə sərmayə qoymasının qabaqcıl və süni intellektlə əlaqəli texnologiyaların inkişafı üçün uzunmüddətli inkişaf planına uyğun olduğunu bildirib.