Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2025-ci ilin yanvar-mart aylarında 253.3 mln. manat xalis mənfəət, 402,7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 18.7% və 9.4% azalıb.
Məlumata görə, cari ilin birinci rübündə banklar tərəfindən 61.7 mln. manat (15.4% az) məbləğində mənfəət vergisi ödənilib.
Bizi sosial şəbəkələrdən izləyin!!