Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ yaxın vaxtlarda dərman idxalına rüsumlar elan edəcək.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı verdiyi açıqlamada ABŞ-ın yaxın zamanda dərman idxalına dair “əlamətdar” bir gömrük rüsumunu elan edəcəyini bildirib.
Milli Respublikaçı Konqres Komitəsi tərəfindən təşkil olunan tədbirdə çıxış edən Tramp bu gömrük rüsumunun dərman şirkətlərini öz fəaliyyətlərini ABŞ-a köçürməyə təşviq edəcəyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!