Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağının alınmasına 523,1 milyon manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur.
Əlavə edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,7%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!