Yanvarda avtomobillərin icbari sığortası üzrə yığımlar 4% artıb | Banco.az

Yanvarda avtomobillərin icbari sığortası üzrə yığımlar 4% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda yanvar ayında avtomobillərin icbari sığortası üzrə yığımlar 12 mln. 803 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 473 min manat və ya 3.8% artıb.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2024-cü ilin yanvarına nisbətən 19.4% və ya 1 milyon 538 min manat artaraq 9 mln. 478 min manata yüksəlib. 

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında bu növ sığorta üzrə yığımların məbləği 12 mln. 330 min manat, ödənişlərin məbləği isə 7 milyon 940 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram