Bu ölkə rəqəmsal sürücülük vəsiqələrini tətbiq etməyə hazırlaşır | Banco.az

Bu ölkə rəqəmsal sürücülük vəsiqələrini tətbiq etməyə hazırlaşır

Böyük Britaniya hökuməti rəqəmsal sürücülük vəsiqələrini yeni bir smartfon tətbiqi vasitəsilə təqdim etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Məlumata görə, bu vəsiqələr spirtli içkilərin alınması, seçkilərdə səsvermə və ya daxili uçuş reyslərinə minmə kimi hallarda şəxsiyyəti təsdiq edən sənəd kimi də istifadə oluna biləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, fiziki sürücülük vəsiqələri yenə də veriləcək, ancaq sürücülər könüllü olaraq rəqəmsal vəsiqələri seçə biləcəklər.

“Bu hökumət texnologiyadan istifadə etməklə insanların həyatını asanlaşdırmağa və ictimai xidmətləri transformasiya etməyə sadiqdir”, - deyə hökumət sözçüsü bildirib.

Nəşrin məlumatına görə, yeni rəqəmsal hüquqlar bu ilin sonunda təqdim ediləcək.