Ermənistan və ABŞ TRIPP layihəsi üzrə çərçivə sazişini imzalayıb.
“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyi sənədin ilkin olaraq mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı parafladığını xatırladıb.
Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı videogörüntüdə xarici işlər naziri Ararat Mirzoyanın sənədi imzaladığı əks olunub.
Mirzoyanın sözlərinə görə, bir neçə gün əvvəl o və ABŞ dövlət katibi Marko Rubio tərəfindən ilkin olaraq paraflanan sənəd daha sonra ABŞ tərəfindən imzalanaraq Ermənistana göndərilib: “Dövlət katibi Rubio sazişi imzaladı, sənəd Ermənistana göndərildi və indi mən Ermənistan tərəfi adından imzamı atdım”.
Mirzoyan qeyd edib ki, bununla sənədin distant imzalanması prosesi başa çatıb: “Beləliklə, distant imzalanma prosesi tamamlandı və saziş ratifikasiya üçün hazırdır”.
