Dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqi açıqlanıb - TOP-10 | Banco.az

Dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqi açıqlanıb - TOP-10

Müəllif:Ayşən İmanova/Banco.az

“Qatar Airways” 2024-cü il üçün dünyanın ən yaxşı aviaşirkəti seçilib.

Banco.az xəbər verir ki, 10 sənaye liderinin reytinqi “Skytrax” tərəfindən tərtib edilib.

Reytinqdə ikinci yerdə “Singapore Airlines” qərarlaşıb. Aviaşirkət yüksək xidmət səviyyəsinə görə ikinci yerə layiq görülüb. Şirkətin baş ofisi Changi hava limanında yerləşir. Aviaşirkətin marşrut şəbəkəsi 110-dan çox istiqaməti əhatə edir.

Üçüncü yerdə “Emirates” qərarlaşıb. Aviaşirkət müasir, komfortlu təyyarələrə və ixtisaslı işçilərə malikdir. Mərkəz Dubayda yerləşir. Aviaşirkət 152-dən çox istiqamətə uçuşlar həyata keçirir.

Ən sərfəli kredit üçün müraciət et

Yaponiyanın “ANA All Nippon Airways” aviaşirkəti bu il bir sıra aşağı enib. ANA 82 beynəlxalq və 118 daxili istiqamətə uçuşlar həyata keçirir.

Beşinci yeri Honq-Konq aviaşirkəti “Cathay Pacific” tutur. Bu il Çin aviadaşıyıcısı reytinqdə üç pillə yüksəlməyi bacarıb. “Cathay Pacific” Asiya, Avropa, Afrika, Şimali Amerika və Avstraliyaya uçuşlar həyata keçirir.

İlk onluqda həmçinin “Japan Airlines”, “Turkish Airlines”, “EVA Air”, Air France”, “Swiss International Air Lines” yer alıb.