2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 57 milyon 960 min ABŞ dolları dəyərində 48 min 947.6 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 7.4% və ya 3 min 377 ton, dəyər ifadəsində isə 10.7% və ya 5.6 milyon ABŞ dolları artıb. 2023-cü ilin ilk 10 ayında Azərbaycana 52 milyon 342 min ABŞ dolları dəyərində 45 min 570 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Hesabat dövründə palma yağının 1 kiloqramının orta idxal qiyməti 2 manat təşkil edib və Malaziyadan 23 min 179 ton, İndoneziyadan isə 25 min 768 ton gətirilib.
Xatırladaq ki, son 30 ildə marqarin istehsalında trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir.
Qeyd edək ki, eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Bu ilin 10 ayında Azərbaycanda 40 min 853 ton marqarin istehsal edilib ki, bunun da 1009 tonu ixrac edilib.
apa