Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyada benzin böhranı yenidən gündəmdə.
Banco.az xəbər verir ki, sentyabrın əvvəlində paytaxt Moskva və Moskva vilayətində vəziyyət qismən yaxşılaşsa da ölkənin bəzi bölgələrində yanacaq problemi davam edir.
Yanacaqdoldurma məntəqələrindəki vəziyyətlə bağlı sürücülərdən daxil olan məlumatları təhlil edən “GdeBENZ” platformasının məlumatlarına görə son günlər bəzi məntəqələrdə benzinin tamamilə tükəndiyi, bəzilərində isə uzun növbələrin yarandığı və satışlara məhdudiyyət qoyulduğu müşahidə olunur.
Problemlərin xüsusilə Rusiyanın Sankt-Peterburq şəhəri və yaxınlığındakı Leninqrad vilayətində cəmləşməsi diqqət çəkir.
Bizi sosial şəbəkələrdən izləyin!!
