Rusiyada inflyasiya 9%-i ötüb | Banco.az

Rusiyada inflyasiya 9%-i ötüb

Müəllif:Ayşən İmanova/Banco.az

Rusiyada inflyasiya səviyyəsi ilin əvvəlindən dekabrın ortalarına qədər 9%-i ötüb.

Banco.az xəbər verir ki, bunu ölkənin baş naziri Mixail Mişustin iqtisadi məsələlərlə bağlı müşavirədə deyib.

"Hökumət iqtisadiyyata inflyasiya təzyiqi ilə bağlı problemlərin həlli üçün sistemli şəkildə işləyir", - o bildirib.

Baş nazirin sözlərinə görə, iqtisadiyyatın bütün sahələrində tələb və təklifin tarazlaşdırılması üçün tədbirlər görülüb. Bundan əlavə, məhsuldarlığı artırmaq üçün yeni sənaye layihələri açılıb.