Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-noyabr aylarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 2 milyard 284 milyon manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 1.1% azdır.
Əlavə edək ki, bu ilin 11 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,2%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!