Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 24% artıb | Banco.az

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 24% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-oktyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 2.2 milyard manatlıq əməliyyat aparıblar.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr sayına istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 430 milyon manat və ya 23.8% çoxdur. Təkcə oktyabr ayında bu göstərici 252.7 milyon manat olub. 

Ötən ilin eyni dövründə Azərbaycanda xaricilərin bank kartları ilə həyata keçirdikləri əməliyyatların dəyəri 1.8 milyard manata, 2022-ci ilin yanvar-oktyabr aylarında isə 962.7 milyon manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram