İşini dəyişməyi düşünənlərin diqqət etməli olduğu məqamlar | Banco.az

İşini dəyişməyi düşünənlərin diqqət etməli olduğu məqamlar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bəzi insanlar eyni şirkətdə illər keçirməkdənsə, iş yerlərini müntəzəm olaraq dəyişməyin tərəfdarıdırlar. İş yerini tez-tez dəyişənlər, yaxud işini dəyişmək istəyənlərin diqqət etməsi gərəkən bəzi məqamlar aşağıdakılardır:

1. Potensial işəgötürənləriniz köhnə işinizi niyə tərk etdiyinizi bilmək istəyə bilər. Dürüst cavablar vermək əvəzinə, “Mən daha dinamik mövqe istəyirəm” kimi sözlər deyə bilərsiniz.

2. Potensial işəgötürənlər son işinizdə uzun müddət qalmamağı mənfi xüsusiyyət kimi qiymətləndirə bilərlər. Bunu CV-nizdə qısaca qeyd etməyə çalışın.

3. Yaxşı təklif aldığınız zaman dərhal işinizi tərk etməyin. Köhnə işinizdən məzuniyyət götürün və yeni işinizi bəyənib-bəyənmədiyinizə qərar vermək üçün yeni işinizi təcrübədən keçirin.

4. Yeni iş yerinizdə hər kəsin adını xatırlamaq düşündüyünüzdən daha çətin ola bilər. Stress yaşamayın və özünüzə vaxt verin.

5. İş yerinin dəyişdirilməsi özü ilə bir çox yeniliklər gətirir. Bu yeniliklərə qapıldığınız zaman köhnə işinizi niyə tərk etdiyinizi xatırlayın.

6. Əgər yeni işinizi bəyənmirsinizsə, ümidsiz olmayın. Sonda daha yaxşı nəticələr əldə edə bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

7. Unutmayın ki, yeni işə başlayanda ilk aydan işdən çıxarıla bilməzsiniz. Özünüzə vaxt verin və bir az dincəlməyə çalışın.

8. Əgər həmkarlarınızla apardığınız kiçik söhbətlərdən heç bir nəticə əldə etmirsinizsə, bədbin olmayın. Ofisdaxili münasibətlərinizi yaxşılaşdırmaq üçün səbirli olun.

9. Unutmayın ki, hər bir şirkətin ofisdəki əşyalarla bağlı fərqli qaydaları var. Notbuk, fincan və s. bu kimi ofis əşyalarını evə aparmaq istəyirsinizsə, bu qaydaları mütləq nəzərə alın.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram