Qlobal çip və yarımkeçirici istehsalında geosiyasi rəqabət hökm sürür | Banco.az

Qlobal çip və yarımkeçirici istehsalında geosiyasi rəqabət hökm sürür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal çip və yarımkeçirici istehsalında geosiyasi rəqabət hökm sürür.

Banco.az xəbər verir ki, Şərq və Cənubi Çin dənizləri arasında yerləşən ada ölkəsi olan Tayvan dünyanın 7 nanometrdən aşağı qabaqcıl çiplərinin təxminən 60 faizini istehsal edir.

Sözügedən çiplər xüsusilə süni intellekt, 5G texnologiyaları və hərbi silahlar üçün strateji əhəmiyyət kəsb edən element kimi qeydə alınır. Bu vəziyyət dünyanın iki ən böyük iqtisadiyyatı ABŞ və Çin arasında artan ticarət və texnologiya müharibəsində Tayvanı geosiyasi baxımdan ön plana çıxarır.

Bu baxımdan, Tayvanda qlobal mikroçip istehsalı sənayesində aparıcı şirkət olan “Taiwan Semiconductor” (TSMC) son illərdə daha çox məşhurlaşıb. “United Microelectronics” (UMC) və “MediaTek” də istehsal imkanları ilə diqqət çəkən şirkətlər sırasındadır.

Niderlandın “ASML” və Cənubi Koreyanın “Samsung” kimi şirkətləri də bu sahədə istehsalları ilə seçilir. 

Hazırda “Micron”, “Intel”, “Nvidia” və “Texas Instruments” kimi şirkətlərin fəaliyyət göstərdiyi ABŞ son zamanlar bu sahədəki addımlarını sürətləndirib. ABŞ administrasiyası bu il CHIPS Aktı çərçivəsində “TSMC”yə, eləcə də ölkədəki şirkətlərə milyardlarla dollar dəstək verməklə qlobal rəqabətini gücləndirmək istəyir.

Ən sərfəli kredit üçün müraciət et

Qərb ölkələri ilə yanaşı, “Qlobal Cənub” ölkələrindən biri olan Çin “HiSense”, “Biren” və “SMIC” kimi şirkətlərlə əhəmiyyətli çip və yarımkeçirici istehsal gücünə malikdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram