Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb | Banco.az

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Dünya Bankı (DB) 2024-cü ildə Azərbaycanda iqtisadi artım üzrə proqnozunu yaxşılaşdırıb.

Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatında bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

    Bank iyun proqnozu ilə müqayisədə Azərbaycanda real ÜDM-in artım proqnozunu 0,9 faiz bəndi artıraraq 3,2 % müəyyən edib. Dünya Bankı 2025-ci il üçün iqtisadi artım proqnozunu 0,3% artıraraq 2,7%-ə çatdırıb, 2026-cı il üzrə isə proqnozunu dəyişməyərək yenidən 2,4% müəyyənləşdirib.

    apa