Bank Respublika
Daxili Audit Departamentinə Auditor/Aparıcı auditor
Vakansiya haqqında məlumat:
Təsvir
- Audit olunan prosesin daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
- Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
- Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahəmin risk təhlilini həyata keçirmək;
- Proseslərin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Tələblər
- Ali təhsil (iqtisadi və ya hüquqi);
- Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı.
Müraciət üçün daxil olun