Bank BTB
Komplayens şöbəsinin Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssisi
Vakansiya haqqında məlumat:
İş barədə məlumat
- Bankın məhsul və xidmətlərinin ölkədaxili qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi, sənədlərin yığılması və işlərin aparılması;
- Komplayens məsələlərlə bağlı təlimlərin keçirilməsi və işçilərin məlumatlandırılması;
- Ölkədaxili və ölkəxarici bank sorğularının və əlaqəli digər departamentlərdən daxil olmuş komplayens tələbləri ilə bağlı sorğuların cavablandırılması;
- Bankdaxili strukturların və onların fəaliyyətinin komplayens baxımından monitorinqinin aparılması;
- Bankda mövcud proseslərin icrasının yoxlanılması və bankdaxili tələblərin pozulmadığını müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflər verilməsi;
- Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər bankdaxili siyasətlərin və Qaydaların idarə edilməsinə dəstək olunması;
- Komplayens ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyanın təşkil edilməsi;
- Bank daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması;
- Bank xarici hesabatların hazırlanması;
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması və s.
Namizədə tələblər
- Ali iqtisadi, ali hüquqi və ya və ya digər uyğun sahədə ali təhsil;
- Əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində biliklər;
- Analitik bacarıqlar, tez və düzgün qərar qəbul etmə qabiliyyəti və dəqiqlik;
- Banklarda müvafiq sahədə iş təcrübəsi;
- Bank Qanunvericiliyinə dair ümumi biliklər;
- MS Office proqramlarında işləmək biliyi;
- Lisenziya / Sertifikat: Komplayens, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;
- SQL bilikləri;
- Xarici dillər: İngilis dili (işlək), Rus dili (işlək)
- Vətəndaş qüsursuzluğu;
- Kollektivdə işləmək qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı;
- Verilən tapşırıqları vaxtında və səhvsiz icra etmək;
- Lazımi dərəcədə məsuliyyət;
- Monitorinq və nəzarət etmə bacarığı.
Qeydlər
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Komplayens şöbəsinin Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.