Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/ aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/ aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

İş barədə məlumat

  • Kredit məhsullarının rəsmiləşdirilməsi prosesini həyata keçirir;
  • Müvafiq struktur bölmələri ilə birgə yeni yaradılan kredit məhsullarının rəsmiləşməsi    prosesinə dair təkliflər verir;
  • Bankdaxili sənədlərə əsasən səlahiyyətli  şəxslər/orqanlar/qurumlar tərəfindən verilməsi təsdiqlənmiş kreditlərin Azərbaycan Respublikasının qanunvericiliyinə, eləcə də Bankın daxili qaydalarına uyğun  rəsmiləşməsini təmin edir;
  • Müvafiq struktur bölmələri ilə birgə kreditlərin rəsmiləşməsi prosesinin daha effektli təşkili ilə bağlı təkliflər verir;
  • Müştərilərin kredit dosyelərini komplektləşdirir, sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi və bankdaxili qaydalara uyğun toplanmasını və hazırlanmasını təmin edir;
  • Kredit moduluna məlumatları daxil edir;
  • Girovun (ipotekanın) dövlət reyestrində qeydiyyatı üçün müraciətlər hazırlayır;
  • Səlahiyyətli şəxsin, Şöbə rəhbərinin və Departament direktorunun bu şöbəyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər

  • Ali təhsil;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Kollektivdə ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
  • Yüksək məsuliyyət hissi;
  • Bankın əməkdaşlarına və müştərilərə loyal yanaşma;
  • Səlis Azərbaycan dili biliyi, Rus və İngilis dili arzuolunandır.
  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  [email protected] elektron ünvanına göndərə bilərlər.

    Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Biznesin inkişafı və marketinq departamenti, Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/ aparıcı mütəxəssisi)  göstərməyiniz xahiş olunur.