Dünya Bankı ölkələrin biznes və investisiya mühiti hesabatını dərc edib | Banco.az

Dünya Bankı ölkələrin biznes və investisiya mühiti hesabatını dərc edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı 50 ölkəni əhatə edən və ölkələrdə biznes və investisiya mühitini qiymətləndirən "Biznesə Hazır (B-READY)" hesabatının birincisini dərc edib.

Banco.az xəbər verir ki, “B-READY” Dünya Bankı Qrupunun dünya üzrə biznes və investisiya mühitini qiymətləndirmək üçün yeni məlumat toplama və təhlil layihəsidir.

Hesabatda bildirilir ki, “B-READY” bankın əvvəllər dərc etdiyi “Biznesin asanlığı” (“Doing Business”) hesabatını əvəz edir.

Yeni hesabatda istifadə edilən məlumat və metodların “Biznesin asanlığı” hesabatı ilə müqayisədə daha müfəssəl və şəffaf olduğu vurğulanıb.

“B-READY”nin ilk hesabatında Macarıstan “Tənzimləyici çərçivə” kateqoriyasında, Estoniya “Dövlət xidmətləri” kateqoriyasında və Sinqapur “Əməliyyat səmərəliliyi” kateqoriyasında birinci yeri tutub.

Hesabatda qeyd olunub ki, iqtisadiyyatlar real irəliləyişi təmin etmək üçün lazım olan ictimai xidmətləri təmin etməkdənsə, milli biznes mühitini yaxşılaşdırmaq üçün tənzimləmələr qəbul etməkdə daha yaxşı performans göstərirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, hesabatda qeyd olunur ki, icra boşluqları biznesin, işçilərin və bütövlükdə cəmiyyətin sağlam iş mühitindən tam fayda əldə etməsinə mane olur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et