"atb kart"ın hansı üstünlükləri var? – Araşdırma | Banco.az

"atb kart"ın hansı üstünlükləri var? – Araşdırma

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kart almağı düşünənlər üçün hazırladığımız faydalı araşdırmalarımızdan biri də Azər Türk Bank-ın “atb kart” debet kartı haqqındadır. 

Kart haqqında ümumi məlumat

5 illik kart pulsuz təqdim edilir. Növbəti kart üçün xidmət haqqı 15 AZN-dir. “atb kart”ı AZN valyutasında sifariş etmək mümkündür.

Debet kartların qalığına illik 5,5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur və bu barədə müştəriyə SMS məlumat göndərilir. Faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 35,000 AZN-dir. Həmçinin, qanunvericiliyin tələbinə əsasən kart hesabı üzrə olan qalıq məbləğ və ona hesablanmış faiz məbləği Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

Həmçinin oxu: NeoKart-ın hansı üstünlükləri var? – Araşdırma

Nağdlaşdırma

AzərTürk Bank-ın ATM-lərində aparılan əməliyyatlara görə ay ərzində 20,000 AZN-dək (daxil olmaqla) 0%, 20,000 AZN-dən yuxarı isə 0,5% komissiya tutulur.

Azərbaycan ərazisində digər bankların ATM-lərində nağdlaşdırma zamanı ay ərzində 1,000 AZN-dək komissiya tutulmur, 1,000 AZN-dən yuxarı hissəsinə isə 1,5% komissiya tətbiq edilir.

ATM-dən gündəlik nağdlaşdırma limiti yoxdur, aylıq nağdlaşdırma limiti isə maksimum 20 000 AZN və ya onun xarici valyuta ekvivalenti qədərdir.

Keşbək

Müştəri yanacaqdoldurma məntəqələrində, online alış-veriş zamanı, elektronika və geyim mağazalarında, kafe, restoranlar, eləcə də təhsil və tibb xidmətləri üzrə ödənişləri kart vasitəsilə edərkən 3%-dək, partnyor şəbəkəsində isə 30%-dək keşbek əldə edə bilir. Xarici valyutada ödənişlər zamanı keşbək hesablanmır. Ay ərzində qazanıla bilən ümumi keşbek məbləği üzrə limit 200 AZN-dir. atb keşbək hər növbəti ayın 5-də müştərinin hesabına qaytarılır və bununla bağlı müştəri SMS bildiriş alır.

Ən sərfəli kredit üçün müraciət et

Card to card

Card to Card xidməti atb360 mobil tətbiqi, pay.atb.az, atb.az/c2c vasitəsilə (göndərilən və daxil olunan C2C əməliyyatları üzrə ümumi say limiti günlük 15 dəfə, aylıq 60 dəfə) ay ərzində 10,000 AZN-dək (daxil olmaqla) 0%, 10,000 AZN-dən yuxarı 0,5% komissiya tətbiq edilir.

Mədaxil

atb.az saytında, atb360 mobil tətbiqi, Bankın terminalları vasitəsilə və ya filiallarda 0%, MilliÖn / E-manat terminalları ilə (Ay ərzində maks. məbləğ 15,000 AZN) mədaxil zamanı bank komissiyası 0%, ödəniş sistemləri tərəfindən xidmət haqqı isə 1%-dir.

Banka aid olan və banka aid olmayan terminallar vasitəsilə edilən mədaxil üzrə say limiti günlük 10 dəfə, aylıq 30 dəfədir.

“atb kart”ın bütün tarifləri ilə tanış olmaq üçün: Tariflər

Azər Türk Bank-ın digər məhsul və xidmətləri barədə məlumat əldə etmək üçün linkə keçid edin: https://atb.az/

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et