NeoKart-ın hansı üstünlükləri var? – Araşdırma | Banco.az

NeoKart-ın hansı üstünlükləri var? – Araşdırma

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu məqaləmizdə ölkənin qabaqcıl banklarından olan Bank Respublika-nın NeoKart-ı barədə məlumat hazırlamışıq.

Kart haqqında ümumi məlumat

Bankın təqdim etdiyi bu məhsulun 2 növü var: NeoKart StandartNeoKart Premium.

NeoKart debet kartının istifadə müddəti 3 ildir. Kart 3 valyutada (AZN, USD, EUR) təqdim edilir. 1 illik NeoKart Standart-ın qiyməti 10 AZN, 2 illik 15 AZN, 3 illik isə 20 AZN-dir. 1 illik NeoKart Matercard (VISA) Premium-un qiyməti 80 AZN, 2 illik 150 AZN, 3 illik isə 210 AZN-dir.

Kartdakı qalığa faiz standart AZN valyutalı debet kartları üzrə 3% (USD valyutasında 0.1%), premium AZN valyutalı kartlar üzrə isə 5%-dir (USD valyutasında 0.2%). Standart kartlarda faiz hesablanacaq maksimum məbləğ 10 000 AZN/USD, premium kartlarda isə 20 000 AZN/USD-dir.

Nağdlaşdırma, Lounge Key, Keşbək

Bank Respublika ATM-lərdə nağdlaşdırma – pulsuz, ölkədaxili digər bank ATM-lərdə nağdlaşdırma isə ay ərzində 5 dəfə pulsuzdur (Premium kartlarda ayda 10 dəfə).

Bank Respublika-nın şəbəkəsi daxilində ATM, POS Cash və "Cash by Code" əməliyyatları üçün ümumilikdə aylıq nağdlaşdırma limiti 10 000 AZN ekvivalentidir (Premium kartlarda 20 000 AZN ekv.). Bu məbləğdən artıq vəsait nağdlaşdırılarsa, bankın tariflərinə uyğun olaraq 1% (min. 0.5 AZN/USD/EUR) komissiya tətbiq olunur.

Hər yerdə 1%-dək, seçilmiş kateqoriyalarda 5%-dək keşbək qazanmaq mümkündür. Partnyor mağazalarda isə 55%-dək keşbək qazana bilərsiniz.

Premium kartlarda Lounge Key xidməti üzrə il ərzində 10 pulsuz keçid (VISA-da 4 dəfə) imkanı verilir.

NeoBonuslar

NeoKart ilə ödənilən hər bir manat 20 NeoBonusu qazandırır. Bonus balansına və NeoKartdakı bütün əməliyyatlara Mobil Şöbə tətbiqindəki "NeoKart" bölümündə baxmaq olar. Qazanılan bonuslar 3 iş günü ərzində tətbiqdə göstərilir və hesaba köçürüldükləri andan 2 il müddətində aktiv qalır.

Ən sərfəli kredit üçün müraciət et

NeoBonusları keşbekə, millərə, danışıq dəqiqələri və internet paketinə çevirmək mümkündür.

Qazandığınız bonusları "Mobil Şöbə" tətbiqindəki "NeoKart" bölümündə keşbekə dəyişə bilərsiniz. Mübadilə, yığılmış bonusların 1000-ə bölünməsi ilə hesablanır (Məsələn: 2290 NeoBonusu/1000=2.29 AZN). Yığılan bonuslar hər ayın 5-dən sonra dəyişdirilə bilər. Bonuslar tam həcmdə və ya qismən mübadilə oluna bilər. Aylıq konvertasiya üçün maksimal məbləğ 300 AZN təşkil edir. Keşbek balansı əvvəlki ay ərzində aparılan əməliyyatların nəticəsində formalaşır. Keşbek balansı cari ayda mübadilə olunmursa, bu bonusları yalnız digər opsiyalarda istifadə etmək olar.

Daha ətraflı məlumat üçün keçid edin: Bonusların istifadəsi

Standart kartlar üzrə Xoş Gəldin Bonusu 2000, premium kartlarda isə 4000 bonusdur.

Xoş Gəldin Bonusunu necə əldə etmək olar?

Xoş Gəldin bonusu birdəfəlik ən az 300 AZN – NeoStandart, NeoPremium kartı ilə azı 500 AZN məbləğində əməliyyat edən bütün NeoKart sahiblərinə kartın alındığı ilk ayda verilir.

Bank Respublika-nın digər məhsul və xidmətləri barədə məlumat əldə etmək üçün linkə keçid edin: https://www.bankrespublika.az/az/

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram