Almaniya işsizlik müavinətinin alınması qaydalarını sərtləşdirmək istəyir | Banco.az

Almaniya işsizlik müavinətinin alınması qaydalarını sərtləşdirmək istəyir

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniya hökuməti işsizlik müavinətinin alınması qaydalarını sərtləşdirmək istəyir.

Banco.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı Nazirlər Kabinetinin qərarına istinadən məlumat yayıb.

Bildirilir ki, əgər sənəd təsdiq olunarsa, qaydalar gələn il yanvarın 1-dən qüvvəyə minəcək. 

Dəyişikliklərə əsasən, bu müavinətləri alanlar, o cümlədən ukraynalı qaçqınlar məşğulluq mərkəzində işləməkdən imtina etdikdə və ya görüşləri qaçırdıqda daha sərt sanksiyalara məruz qalacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Nəşr qeyd edir ki, üzrlü səbəb olmadan işə qəbuldan imtina edildikdə, növbəti üç ay ərzində müavinət 30% azaldıla bilər. Həmçinin mənzil və kommunal xərclər üçün güzəştlər də azaldılacaq. Müavinətlərin azaldılması qeyri-rəsmi işçilərə də şamil ediləcək.

Eyni zamanda, uzun müddət işsizlik müavinəti alanlar işə qəbul edildiyi gündən bir il sonra min avro məbləğində vəsait alacaqlar. Bundan əlavə, Almaniya hökuməti inteqrasiya proseslərini iş yerində təlimlə əlaqələndirərək əcnəbilərin işə götürülməsi prosesini sürətləndirmək istəyir.

Ən sərfəli krediti almaq üçün müraciət et