UForex-in təşkil etdiyi müsabiqə yekunlaşdı – Qaliblər elan edildi! | Banco.az

UForex-in təşkil etdiyi müsabiqə yekunlaşdı – Qaliblər elan edildi!

Bu gün, 30 sentyabr tarixində UForex-in gənc treyderlərə dəstək məqsədilə təşkil etdiyi “Battle of Traders” müsabiqəsi yekunlaşdı.

174 nəfər iştirakçının qatıldığı müsabiqənin sonunda ticarət edərək ən çox gəlir əldə edən 3 hesabın sahibləri qalib seçildilər. Qaliblərin siyahısı “UForex”in bütün sosial media hesabları üzərindən (Instagram, Facebook, Telegram) ictimaiyyətə elan olunub.

Mükafat qismində həmin şəxslər real vəsaitli ticarət hesabı əldə ediblər: I yer – 1000 AZN, II yer – 500 AZN, III yer – 300 AZN. Onlar həm real hesabda əməliyyatlar apararaq gəlirlərini daha da artıra, həm də qazandıqları məbləği nağdlaşdıra bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, böyük marağa səbəb olan “Battle of Traders” müsabiqəsinin əsas hədəfi yeni başlayan investisiya həvəskarlarına dəstək olmaq, onların strateji düşüncə, bilik və bacarıqlarını təşviq etməkdir.

Müştərilərinə 10 ildən artıqdır ki, “MetaTrader4” platforması üzərindən qlobal foreks bazarlarına çıxış təmin edən UForex, “Unicapital İnvestisiya Şirkəti”nin tərkibində fəaliyyət göstərir. Sözügedən platforma qızıl, gümüş, neft, valyuta cütlükləri kimi maliyyə alətləri ilə ticarət etmək imkanı verir.

Ən sərfəli krediti almaq üçün müraciət et