Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin iyunun 1-i tarixinə 3 milyard 6.1 milyon manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bank sektorunun xarici öhdəlikləri illik müqayisədə 10.7% və ya 289.9 mln. manat artıb.
Qeyd edək ki, sektorun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 255.7 mln. manat azalıb. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
Bizi sosial şəbəkələrdən izləyin!!
