Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-avqust aylarında könüllü həyat sığortası növlərinin hesabına 442 milyon 430 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, illik müqayisədə 65 milyon 69 min manat və ya 17.2% çoxdur.
Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlər isə ötən ilin yanvar-avqust aylarına nisbətdə 136 milyon 315 min manat və ya 70% artaraq 330 milyon 806 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!