Qiymətləri bazar mexanizmləri müəyyən edir - İqtisadçı | Banco.az

Qiymətləri bazar mexanizmləri müəyyən edir - İqtisadçı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Ölkəmizdə geyim bazarındakı qiymət artımları təbii prosesdir”.

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı Xalid Kərimli bildirib.

İqtisadçı düşünür ki,  qiymətlərin tənzimlənməsi ilə bağlı hər hansı inzibati addımlar atılmamalıdır. O, bildirib ki, geyimlərin qiymətlərini bazar mexanizmləri müəyyən edir və sahibkar məhsulunu baha satdıqda onu alan varsa, deməli, qiymət o səviyyədə bazar tərəfindən qəbul olunur.

Ən sərfəli kredit üçün müraciət et

"Əgər baha qiymətə satmaq mümkün olmasa, sahibkar qiymətləri onsuz da aşağı salacaq. Geyimlərin bahalaşmasının əsas səbəblərindən biri daşınma və alış qiymətlərinin artmasıdır. Bu faktorlar təbii olaraq qiymətlərə təsir göstərir”.

Şəffaflaşma prosesinin də qiymətlərin artmasına təsir etdiyini deyən ekspert qeyd edib ki, əvvəllər sahibkarlar vergidən yayınaraq daha ucuz məhsul sata bilirdilər, amma hazırda şəffaflaşma prosesi davam etdikcə vergi yükü qiymətlərə əlavə olunur.

"Rəqabət varsa, qiymətlər təbii olaraq tənzimlənir. Vətəndaşlar sadəcə öz büdcələrinə uyğun geyimlər seçməlidirlər. Bu prosesin qarşısını almaq qeyri-mümkündür və inzibati müdaxilələrə ehtiyac yoxdur”.