Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın xarici ticarət kəsiri iyulda 7,9 faiz artaraq 78,8 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi iyul ayı üzrə xarici ticarət məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ölkənin xarici ticarət kəsiri iyul ayında 7,9 faiz artaraq 78,8 milyard dollara çatıb. Bazar proqnozu bu dövrdə xarici ticarət kəsirinin 79 milyard dollar olacağı istiqamətində idi.
Açıqlanan rəqəmlərdən sonra xarici ticarət kəsiri iyul ayında iki illik pik həddinə çatıb.
Qeyd edək ki, iyun ayında xarici ticarət kəsiri 73,1 milyard dollar olaraq hesablanmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!