Britaniya Ukraynaya Beynəlxalq Yardım Fonduna 1,3 milyard dollardan çox vəsait toplayıb | Banco.az

Britaniya Ukraynaya Beynəlxalq Yardım Fonduna 1,3 milyard dollardan çox vəsait toplayıb

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyanın təsis etdiyi Ukraynaya Beynəlxalq Yardım Fonduna donorlar tərəfindən 1 milyard funt sterlinqdən çox vəsait (1,3 milyard dollar) köçürülüb.

Banco.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, sentyabrın 3-də ölkənin müdafiə naziri Rustem Umerovun Londona səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında olan 152 mm-lik artilleriya silahları üçün 120 min mərminin alınması məqsədilə həmin fonddan 300 milyon funt sterlinqin (395 milyon dollar) ayrılması haqqında müqavilə imzalanıb.

Böyük Britaniya ilə yanaşı, Avstraliya, Danimarka, İslandiya, Litva, Niderland, Yeni Zelandiya, Norveç və İsveç də 2022-ci ildə fəaliyyətə başlayan fonda töhfə verib. Böyük Britaniyanın müdafiə naziri Con Hili R.Umerovla görüşdə Londonun hər il ikitərəfli əsasda Kiyevə 3 milyard funt sterlinq (3,9 milyard dollar) məbləğində yardım edəcəyini təsdiqləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et