«Unibank»ın depozit sahibləri üçün keçirdiyi lotereyanın başa çatmasına bir həftə qalıb | Banco.az

«Unibank»ın depozit sahibləri üçün keçirdiyi lotereyanın başa çatmasına bir həftə qalıb

“Unibank” ASC tərəfindən müştərilər üçün keçirilən «Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!» adlı tirajlı stimullaşdırıcı lotereyasının başa çatmasına bir həftə qalıb. Bankdan verilən məlumata görə, lotereya çərçivəsində mayın 20-dən avqustun 31-dək «Unibank»da depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq.Lotereyada ən azı 12 aylıq müddətə 100 AZN/USD/EUR məbləğində əmanət qoyan və ya mövcud əmanətin müddətini kampaniya ərzində ən azı 12 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər. Hər 100 AZN/USD/EUR həcmində əmanət bir şans kimi dəyərləndiriləcək. Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN, bir qalib isə 2013-cü il istehsalı olan «Chrysler 200 Touring 2.4» avtomobili qazanacaq.«Unibank» müxtəlif əmanət növləri təklif etməklə, müştərilərə seçim imkanları verir. «Unibank»da depozitlər maksimum 15,7%-lə və ən çoxu 36 ay müddətinə qəbul olunur. Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 10% təşkil edir. Əgər müştəri istəyərsə «Müddətli» əmanət növü üzrə 10%-dən yuxarı və ya illik 10%-lə əmanət növü aça bilər.

Ən sərfəli kredit üçün müraciət et