Barbinin qatlanan telefonu "Nokia" ilə geri qayıdır | Banco.az

Barbinin qatlanan telefonu "Nokia" ilə geri qayıdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nokia” istehsalçısı “HMD” çəhrayı qatlanan telefonunu təqdim edib.

Banco.az xəbər verir ki, “Barbie” filmi ilə həyatımıza daxil olan “Barbiecore” tendensiyası davam edir.

Bu tendensiyaya qoşulan ən yeni brend “Mattel” və “HMD Global” ilə əməkdaşlıq edən “Nokia” olub.

“HMD Barbie Flip Phone” telefonu keçmişin mehini həyatımıza qaytarır. Nostalgiya ilə dolu bu telefon istifadəçiləri ilan oyununun oynanıldığı, arxa kameradan selfilərin çəkildiyi dövrə qaytarır.

Telefonun dizaynı canlı çəhrayı eksteryeri və işləmə mexanizmi ilə köhnə Barbini xatırladır. Barbie qarderobunu daim yenilədiyi kimi, telefon da iki alternativ örtüklə gəlir. Biri 1992-ci il Totally Hair Barbie kuklasının qıvrımlı naxışlarından ilhamlanıb, digəri isə vintage "pırıldayan ürək" dizaynına malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Telefon sahibləri həmçinin cihazlarını çiçəklər, flaminqolar və göy qurşağından ibarət yapışqan kristallar və retro Barbie stikerləri ilə bəzəyə bilərlər.

“Dreamhouse”un ABŞ modeli oktyabrın 1-dən 129 dollara satışa çıxarılacaq. Sentyabrın 23-dən etibarən HMD saytında ilkin sifarişlər açılacaq və telefon AT&T, T-Mobile və Verizon simsiz şəbəkələri ilə uyğunlaşacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et