Biznes kreditlərinin 7.9 mlrd. manatdan çoxu iri sahibkarlara verilib | Banco.az

Biznes kreditlərinin 7.9 mlrd. manatdan çoxu iri sahibkarlara verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il avqust ayının 1-i tarixinə 13 milyard 910 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 0,3% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 410.1 mln. manatı və ya 2.9%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 7 mlrd. 886 mln. manatı iri sahibkarlığa, 1 mlrd. 735 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 515 mln. manatı kiçik sahibkarlığa, 2 mlrd. 772 mln. manatı isə mikro sahibkarlığa verilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et