Qarabağa avtobus reyslərinə sentyabr ayı üçün biletlər satışa çıxarılır | Banco.az

Qarabağa avtobus reyslərinə sentyabr ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə sentyabr ayı üçün biletlər 27 avqust saat 11:00-da satışa çıxarılacaq.

Nazirliyin  məlumatına görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. İndiyədək ümumilikdə 787 reys həyata keçirilib, 31 900 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

report

Ən sərfəli krediti almaq üçün müraciət et