Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «YapıKredi Bank Azərbaycan» QSC-yə maliyyə sanksiyası tətbiq edilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Worldcard» kredit kartının yayımlanan reklamlarında istehlakçıları çaşdırmaqla haqsız rəqabətə səbəbolma əlamətləri olduğuna görə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «YapıKredi Bank Azərbaycan» QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə «YapıKredi Bank Azərbaycan» QSC-yə 30,9 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.