Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ilin 7 ayı üzrə operativ məlumatlara əsasən yanvar-iyul aylarında ölkədə elektrik enerjisinin istehsalı 16 269,0 mln. kVt·st olub.
Bu barədə Banco.az-a Energetika Nazirliyindən məlumat verilib.
7 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 13 863,7 mln. kVt·st, SES-lərdə 1 867,3 mln. kVt·st, digər mənbələr üzrə isə 538,0 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 33,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 352,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 152,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1327,7 mln. kVt·st) nisbətən 1 077,6 mln. kVt·st artaraq 2405,3 mln. kVt·st təşkil edib.
Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 323,0 mln. kVt·st (İES-lərdə 12 590,6 mln. kVt·st, SES-lərdə 1 732,4 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 277,7 mln. kVt·st (İES-lərdə 116,7 mln. kVt·st, SES-lərdə 124,2 mln. kVt·st, Günəş ES-də 36,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 25,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 643,2 mln. kVt·st təşkil edib.
Cari ilin iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 711,2 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin idxalı 16,9 mln. kVt·st, ixrac isə 78,9 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 522,1 mln. kVt·st, idxalı isə 112,4 mln. kVt·st olub.
2023-cü il üzrə operativ məlumatlara əsasən, ötən il ərzində respublikada elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 272,3 mln. kVt·st, yəni 0,9% artaraq 29 276,6 mln. kVt·st olub.
12 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 27 160,4 mln. kVt·st, SES-lərdə 1 757,2 mln. kVt·st, digər mənbələr üzrə isə 359,0 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 56,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 79,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 223,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 26 441,2 mln. kVt·st (İES-lərdə 24 794,2 mln. kVt·st, SES-lərdə 1 647,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 481,0 mln. kVt·st (İES-lərdə 325,03 mln. kVt·st, SES-lərdə 95,02 mln. kVt·st, Günəş ES-də 60,93 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 41,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 312,5 mln. kVt·st təşkil edib.
Ötən il ərzində elektrik enerjisinin ixracı 3 252,5 mln. kVt·st, idxalı isə 211,8 mln. kVt·st olub.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 788,7 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin ixracı 504,3 mln. kVt·st, idxalı isə 11,0 mln. kVt·st təşkil edib.