Müəllif:Ayşən İmanova/Banco.az
Venesuela Milli Telekommunikasiya Komissiyası “X”(keçmiş Twitter) sosial şənəkəsinin fəaliyyətinin 10 gün müddətinə dayandırılması barədə qərar qəbul edib.
Banco.az xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro öz “X” hesabında bildirib.
"Venesuelada qanun var, konstitusiya var, institutlar var, dövlət var, hörmət edilməli olan insanlar var", - deyə o vurğulayıb.
Maduro əlavə edib ki, “X” sosial şəbəkəsinin sahibi İlon Mask daha sonra “X” adını alan “Twitter” sosial şəbəkəsinin bütün normalarını pozaraq nifrət, faşizm, vətəndaş müharibəsi, ölüm, venesuelalılar arasında toqquşmalar yayaraq bütün qanunları pozub.
Bizi sosial şəbəkələrdən izləyin!!