Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 1 milyon 502 min 695 nəfər turist (illik müqayisədə 31,3% çox) gəlib.
Banco.az Dövlət Turizm agentliyinə istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövründə ölkəyə gələn turist sayı 1 milyon 144 min 122 nəfər idi.
Təkcə ötən ay ölkəyə gələn turistlərin sayı isə 271 min 591 nəfər olub. İyunda Azərbaycana ən çox turist aşağıdakı 5 ölkədən gəlib:
Rusiya – 78.1 min
Türkiyə – 34.7 min
Səudiyyə Ərəbistanı – 24.3 min
Hindistan – 20.1 min
İran – 17.9 min
Bizi sosial şəbəkələrdən izləyin!!